• Bakının Nəsimi rayonunda “Gənclər Günü” nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə   Tərcümə” fakültəsinin T-301 qrup tələbəsi Yəhyalı Vaqif  “İlin gənci” nominasiyasının qalibi olmuşdur.

 

  • Bakı Slavyan Universitetinin “Arzu” rəqs ansamblı Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığıyla keçirilən “Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bədii yaradıcılıq festivalı” nda müasir rəqs nominasiyası (vals) üzrə birinci yeri qazanıb.  “Tərcümə” fakültəsinin 4-cü kurs T-402 qrup tələbəsi Murad Nəsirov və II kurs, T-204 qrup tələbəsi Polad Mirzəliyev “Arzu” rəqs ansamblının tərkibindədirlər.

 

  • Bakı Slavyan Universitetində  “Ən yaxşı tərcümə” müsabiqəsi keçirilmişdir. Müsabiqə, “Tərcümə-Çex dili” ixtisası üzrə təhsil alan II kurs tələbələri arasında, “Tərcümə” fakültəsinin və “Slavyan filologiyası” kafedrasının  birgə təşkilatçılığı ilə keşirilmişdir. Şərtlərə görə, verilmiş mətni müəyyən vaxt ərzində tərcümə etmək tələb olunurdu.  Müsabiqənin nəticələrinə görə I, II və III yerə layiq görülən tələbələrə fakültənin dekanı tərəfindən müvafiq diplom və hədiyyələr təqdim olunmuşdur.