“Ən yaxşı tərcümə” müsabiqəsi

“Ən yaxşı tərcümə” müsabiqəsi

29 may – Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsində çex dili üzrə təhsil alan II kurs tələbələri arasında “Ən yaxşı tərcümə” müsabiqəsi keçirilib.

Tərcümə fakültəsinin və “Slavyan filologiyası” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin şərtlərinə uyğun olaraq müəyyən edilmiş vaxt ərzində mətnlər tələbələr tərəfindən, çex dilindən Azərbaycan dilinə tərcümə olunub.

Müsabiqənin nəticələrinə əsasən I, II və III yerə layiq görülən tələbələrə fakültənin dekanı tərəfindən müvafiq diplom və hədiyyələr təqdim olunub.