Tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir. Burada tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir;

  • Auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;
  • Auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi;
  • Təcrübələrdə iştirak etməsi;
  • Laboratoriya işlərini yerinə yetirməsi;
  • Kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi;
  • Imtahanlara hazırlığı və imtahanları verməsi;
  • Buraxılış işinin hazırlanması və müdafiəsi;
  • Eləcə də buraxılış dövlət imtahanına hazırlıq və həmin imtahanı verməsi.

 

Təcrübə – Təcrübə tələbələrin dörd il ərzində yiyələndikləri nəzəri biliklərin praktiki formada həyat keçirilməsidir.  Belə ki, təcrübə dördüncü kursda fevral ayının 16-dan başlayır. Həmin gün ümumi iclas keçirilir. Tələbələrə təcrübəni harada keçəcəkləri, nə edəcəkləri  barədə müəyyən qədər məlumatlar verilir. Təcrübə  əsasən,  Bakı şəhərində yerləşən dövlət və qeyri-dövlət təşkilatlarında və Bakı Slavyan Universitetinin mərkəzlərində keçirilir. May ayının 24-də isə təcrübə proqramı başa çatır, tələbələrdən hesabat, gündəliklər və sənədlər alınır.