FAKÜLTƏ HAQQINDA ƏSASNAMƏ

Fakültə ali təhsil müəssisəsinin tədris elm və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas üzrə bakalavr, magistr, aspirant, doktor hazırlanması, müvafiq sahə üzrə rəhbər işçilər və ixtisaslı sıravi mütəxəssislərin (kadrların) ixtisasının artırılması (və yenidən hazırlanması) işini həyata keçirir, eləcə də elmi-tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir.

Fakültə və ya onun filialı həm ali məktəbin yerləşdiyi, həm də bina yaşayış məntəqəsində onun profilinə uyğun olan aparıcı elm, sənaye və digər müəssisələrin yanında da yaradıla bilər.

Fakültədə mütəxəssislər təlimin müxtəlif formaları üzrə həm istehsalatdan ayrılmaqla, həm də ictehsalatdan ayrılmamaqla (əyani, əyani-qiyabi-axşam və qiyabi formada) təhsil almaqla hazırlana bilərlər. Eyni bir fakültədə bu təlimin formalarından biri və eyni zamanda bir neçəsi üzrə hazırlana bilər.

Fakültədə mütəxəssislər təlimin formaları və ya müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlanarsa, tələbələrin sayından asılı olaraq ayrı-ayrı təlim forması və ya ixtisaslar üzrə tələbələrin sayı 100 nəfərdən çox olduqda fakültənin daxilində uyğun şöbələr (əyani şöbə, axşam şöbəsi, qiyabi şöbə, ayrı-ayrı ixtisaslar üzrə şöbələr) yaradıla bilər.

Fakültə üzrə bütün normativlər müəyyənləşdirilərkən, tələbələrin ümumi sayı şöbədəki tələbələrin sayını 1/1-ə, axşam şöbəsindəki tələbələrin sayı nı ½-ə və qiyabi şöbədəki tələbələrin sayını 1/3-ə vurmaqla hesablanır.

Fakültə onun tərkibində ixtisaslar üzrə olan bütün kafedraları, tədris laboratoriyalarını, fənn kabinetlərini, nümayiş zallarını, muzeyləri, emalatxanaları, tədris bazalarını və s. özündə birləşdirir. Fakültənin nəzdində yalnız həmin fakültəyə, eləcə də başqa fakültələrə də xidmət edən qeyri-ixtisas kafedraları yaradılmır. Ali təhsil müəssisəsində fakültənin profilinə uyğun olan bütün kafedralar hansı fakültəyə xidmət etməsindən asılı olmayaraq onun tərkibinə daxil edilir.

Fakültə ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən yaradılır və bu haqda təhsil müəssisəsinin tabe olduğu mərkəzi idarəetmə orqanına yazılı məlumat verilir. Müəyən ixtisas və istiqmətlər üzrə fakültələr tələbələrin sayı (bakalavr və magistr birlikdə) 300 nəfərdən çox (bundan 200 nəfərdən çoxu əyani şöbədə) olduqda yaradılır. Fakültəyə mövcud qaydada seçilmiş və ya təyin olunmuş dekan rəhbərlik edir.

Bünün hallarda fakültə yaradılarkən, ştatda fakültə dekanının müavini vəzifəsi nəzərdə tutulr. Fakültədə təhsil alan tələbələrin sayı 800 nəfərə çatdıqda ikinci və sonrakı hər 500 nəfər tələbə üçün əlavə bir dekan müavini ştatı əlavə olunur.

Ali təhsil müəssisəsindəki digər fakültələr (hazırlıq, ixtisasartırma, xarici vətəndaşlar üçün və s.) tələbələrin sayından asılı olmayaraq uyğun kontingent olduqda fakültələrin yaradılması üçün mövcud olan qaydada yaradılır. Bu fakültələrə ali təhsil müəssisəsinin başçısının (rektorunun) rəyindən asılı olaraq seçilən, yaxud rektorun əmri ilə təyin olunan dekan rəhbərlik edir.

Dekan və dekan müavinləri tutduqları vəzifə üçün müvafiq normativ əsasında əlavə əmək haqqı alırlar.

– Dekan fakültədə tədris prosesinə, tərbiyə işinə və elmi-tədqiqatların yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir;

– Təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartları tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin edir;

– Tələbələrin elmi, pedaqoji və istehsal praktikalarının həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır;

– Fakültə üzrə dərs cədvəllərinin tərtibinə rəhbərlik edir, onun optimal variantlarının təmin olunması üçün məsuliyyət daşıyır və həyata keçirilməsinə nəzarət edir;

– Tələbələrin müstəqil işlərinə nəzarət edir və onların elmi fəaliyyətləri üçün şərait yaranmasını təmin edir;

– Tələbələrin imtahan və yoxlamalarının (məqbulların) keçirilməsinə nəzarəti təşkil edir, akademik borcları ləğv etmək üçün onlara göndəriş verir və bütün imtahan-məqbul prosesinin normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik daşıyır;

– Tələbələri semestrdən-semestrə və kursdan-kursa keçirmək, eləcə də tələbələr sırasından xaric etmək və təkrar kursda saxlamaq üçün rektora təqdimatlar verir;

– Tələbələrin buraxılış-yekun dövlət imtahanlarında, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsinə buraxılmasına icazə verir;

fakültədə təhsil alan tələbələrə mövcud qaydaya uyğun şəkildə təqaüdü təqdim edir;

fakültədə çalışan professor-müəllim heyətinin ixtisas artırması və yenidən hazırlanması işinin həyata keçirilməsinə rəhbərlik edir;

– fakültədə təhsil alan aspirant və doktorların təhsilinin lazımi səviyyədə təşkil olunmasını təmin edir, onların attestasiyalarını keçirir;

– fakültənini profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, təhsil normalarının, tədris planlarının, metodiki göstərişlərin hazırlanmasına təşəbbüs göstərir və bu işə ümumi rəhbərlik edir;

– kafedralararası müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsini təşkil edir və onlara rəhbərlik edir;

ümumfakültə elmi-metodiki və elmi seminarların təşkil olunmasını təmin edir;

fakültədə hazırlanan ixtisaslar üzrə peşə yönümü işinin aparılmasına təşkil edir və onun lazımi səviyyədə aparılmasına məsuliyyər daşıyır;

– ali təhsilin hər iki pilləsi, eləcə də aspirantura və doktorantura üzrə fakültədə hazırlanması mümkün və zəruri olan ixtisasları, ixtisaslaşmaları müəyyənləşdirir, onlar üzrə illik və perspektiv qəbul planları üzrə ali məktəbin rəhbərinə təkliflər təqdim edir;

fakültə elmi şurasına rəhbərlik edir;

ali məktəbdə fakültənin həyatı ilə bağlı olan bütün tədbirlərdə, komissiyalarda, yığıncaq və şuralarda fakültəni təmsil edir;

dekan müavinləri təyin etmək üçün təqdimat verir;

fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir, onların işə qəbulu və

işdən azad olunması, eləcə də rəğbətləndirilməsi və cəzalandırılması üçün ali məktəb rəhbərlərinə təqdimat verir;

ayrı-ayrı kafedraların tədris yükünün düzgünlüyünü yoxlayıb, onlara rəy verir;

Dekan müavini fakültə dekanının təqdimatı əsasında ali məktəbin rektorunun əmri ilə təyin olunur. Dekan müavini fakültənin profili üzrə ixtisasçı olmaqla yanaşı, elmi ad və ya dərəcəyə də malik olmalıdır.

Fakültənin fəaliyyətinə dair məsələlərə baxmaq üçün fakültədə dekanın sədrliyi ilə mövcud qaydada təşkil olunmuş   Elmi Şura fəaliyyət göstərir.

Fakültə ali təhsil müəssisəsinin başçısının (rektorun) təşəbbüsü ilə ali təhsil müəssisəsinin Elmi Şurasının qərarı əsasında ləğv oluna bilər. Bu qərar ali təhsil müəssisəsinin tabe olduğu mərkəzi idarəetmə orqanının rəhbəri tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

ELMİ ŞURA HAQQINDA ƏSASNAMƏ

  1. Ali təhsil müəssisəsinə ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
  2. Tutduqları vəzifələrinə ğörə Elmi Şuranın tərkibinə ali təhsil müəssisəsinin rektoru (sədr), tədris işləri üzrə prorektoru (sədr müavini), prorektorlar, elmi katib, dekanlar, ali təhsil müəssisəsinin tərkibində fəaliyyət ğöstərən elmi-tədqiqat institutlarının direktorları, həmkarlar təşkilatının sədrləri (əməkdaşların və tələbələrin), şöbə müdirləri və Tələbə-Elmi Cəmiyyətinin sədri daxil olur. Elmi Şuranın diğər üzvləri ali təhsil müəssisəsinin professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edir. Bu miqdar rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir. Elmi Şuraya namizədlər hər bir fakültənin professor-müəllim və elmi işçilərinin ümumi içlasında gizli səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 %-ə qədəri ali təhsil müəssisəsinin başçısı – rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (ali təhsil müəssisəsinin daxilində). Professor-müəllim elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50 %-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər. Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.
  3. Elmi Şura təhsil müəssisəsinin tabe olduğu orqanın ğöstərişinə əsasən yaradılır və tərkibi onun tərəfindən təsdiq edilir.
  4. Ali Təhsil müəssisəsinin Elmi Şurası;

– Ali Təhsil Müəssisəsinin Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlər, əməkdakların, aspirant, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir;

– Ali təhsil müəssisənin inkişaf proqramını təsdiq edir;

– Hər il ali məktəbin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;

– Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;

– Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır. Onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;

– Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;

– Fakültələrin, kafedraların və ali təhsil müəssisələrinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həlli edir;

– Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;

– Professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının,

orden və medallarının verilməsinə təqdim edir;

– Kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və onların vaxtında əvvəl tutduqları vəzifələrdən olunmaları məsələlərinə baxır;

– Müstəsna hallarda – fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə fakültə dekanları, dosent, baş müəllim və assistentləri, elmi işçiləri seçir və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.

  1. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş palnı üzrə işləyir. Elmi Şuranın iş planı iclasda müzakirə olunub qəul edilir və rektor tərəfindən təsdiq edilir.
  2. Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin, kafedra müdirlərinin, fakültə dekanlarının seçilməsi və geri çağrılması, professor, dosent və fəxri adların verilməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
  3. Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50 %-dən çoxu müzakirə olunan məsələnin leyhinə səs verərsə qərar olunmuş hesab edilir.
  4. Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
  5. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanırlır.
  6. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
  7. Əsaslı səbəblər olduqda – Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə ali məktəbin Elmi Surasının qərarı həmin ali məktəbin tabe olduğu mərkəzi idarəetmə orqanı tərəfindən ləğv oluna bilər.

 

KAFEDRA MÜDİRİ, DEKAN VƏZİFƏLƏRİ  HAQQINDA ÜMUMİ QAYDALAR

Kafedra müdiri və ya dekan vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etmək istəyən namizədin ərizəsi və bu Qaydaların 2.3-cü bəndində göstərilən sənədləri Qaydaların 1.4.-cü bəndində göstərilən müddət gözlənilməklə ali təhsil müəssisəsinin rektorunun dərkənarı ilə müsabiqənin keçirilməsi üçün ali təhsil müəssisəsinin katibliyinə göndərilir. Namizədin ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:

Kadrlar uçotunun şəxsi vərəqəsi;

Tərcümeyi-hal;

Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

Elmi və elmi-metodiki işlərin siyahısı;

Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Kafedra müdiri vəzifəsinə namizədlərlə bağlı kafedranın rəyini öyrənmək üçün onun iclası təşkil olunur. İclasa müvafiq fakültənin dekanı sədrlik edir. Kafedranın əməkdaşlarının (ştatda olan müəllimlər, o cümlədən əmək kitabçası həmin ali təhsil müəssisəsində olmaqla 0,5 ştatla çalışanlar və elmi işçilər) 2/3 hissəsi iştirak etdiyi halda iclas səlahiyyətli sayılır. Kafedra iclasının qərarına əsasən səsvermə açıq və ya gizli ola bilər. Həmin iclasda hər bir namizəd haqqında məlumat verilir, onların təqdim etdiyi sənədlər nəzərdən keçirilərək araşdırılır, namizədlərin seçki platforması dinlənilir və sadə səs çoxluğu ilə (50%-dən çoxu) qərar qəbul edilir. Namizədlər kafedranın iclasında iştirak etməlidir. Kafedranın qərarı sədr tərəfindən imzalanır. Kafedranın müsbət rəyi olmadığı halda da namizəd fakültənin Elmi Şurasında seçkidə iştirak edə bilər. Dekan vəzifəsinə namizədlərlə bağlı fakültənin tərkibində olan kafedraların rəyini öyrənmək üçün onların iclasları keçirilir. Namizədlərlə bağlı hər bir kafedrada keçirilən iclasa həmin kafedranın müdiri sədrlik edir. Kafedranın əməkdaşlarının (ştatda olan müəllimlər, o cümlədən əmək kitabçası həmin ali təhsil müəssisəsində olmaqla 0,5 ştatla çalışanlar və elmi işçilər) 2/3 hissəsi iştirak etdiyi halda iclas səlahiyyətli sayılır. Kafedra iclasının qərarına əsasən səsvermə açıq və ya gizli ola bilər. Həmin iclasda hər bir namizəd haqqında məlumat verilir, onların təqdim etdiyi sənədlər nəzərdən keçirilərək araşdırılır, namizədlərin seçki platforması dinlənilir və sadə səs çoxluğu ilə (50%-dən çoxu) qərar qəbul edilir. Kafedranın qərarı sədr tərəfindən imzalanır. Kafedranın müsbət rəyi olmadığı halda da namizəd fakültə əməkdaşlarının ümumi iclasında seçkidə iştirak edə bilər. Kafedra müdiri və fakültə dekanı vəzifəsinə namizədlər barədə kafedraların müvafiq rəyləri fakültənin rəhbərinə təqdim olunur. Dekan vəzifəsinə seçki ilə bağlı fakültə əməkdaşlarının ümumi iclasına ali təhsil müəssisəsinin rektoru və ya tədris işləri üzrə prorektor (olmadığı halda digər prorektorlardan biri) sədrlik edir. Fakültə əməkdaşlarının ümumi iclasının qərarı sədr tərəfindən imzalanır. Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir Namizədin lehinə və əleyhinə münasibət bülletendə adın qarşısında dairəvi işarəni qaralamaqla bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı qarşısında dairəvi işarə qaralandıqda və ya heç biri qaralanmadıqda bülleten etibarsız sayılır. Fakültə Elmi Şurası və ya fakültə əməkdaşlarının ümumi iclası səsvermənin nəticəsini hesablamaq üçün səsvermədən əvvəl 3-5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası bülletenləri iclas iştirakçıları qarşısında hesablayır, səsvermənin nəticəsini hər bir namizəd üçün ayrılıqda elan edir və onun protokolu müvafiq olaraq fakültə Elmi Şurası və ya fakültə əməkdaşlarının ümumi iclası tərəfindən təsdiq olunub, müsabiqə sənədlərinə əlavə edilir. Müsabiqələrlə bağlı fakültə Elmi Şurasının və fakültə əməkdaşlarının ümumi iclasları protokollaşdırılır. Fakültə Elmi Şurasının və ya fakültə əməkdaşlarının ümumi iclaslarının qərarları ilə kafedra müdiri və dekan vəzifəsinə seçilmiş namizədlə ali təhsil müəssisəsinin rektoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə edilmiş “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”na uyğun olaraq 5 il müddətinə əmək müqaviləsi bağlayır və müvafiq əmr verirMüsabiqədə iştirak etmək üçün ərizə verilmədikdə və ya səsvermə nəticəsində heç bir namizəd seçilmədikdə, müsabiqə baş tutmamış hesab olunur. Vakant olan həmin vəzifələrin tutulması üçün Qaydaların 1.9.-cu bəndinə uyğun olaraq 1 aydan gec olmayaraq yenidən müsabiqə elan olunur. Həmin müsabiqədə əvvəlki namizədlər də bu qaydaların tələbləri gözlənilməklə yenidən iştirak edə bilərlər. Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən başlayaraq seçkilərdən 10 gün keçənədək ali təhsil müəssisəsinin rektoruna, təsisçiyə və ya məhkəməyə verilə bilər. Bu Qaydaların tələblərinin pozulması halları aşkarlandıqda rektor seçkilərin nəticələrinin ləğvi ilə bağlı müvafiq əmr verir. Kafedra əməkdaşlarının və ya fakültə Elmi Şurası üzvlərinin 2/3 hissəsi müvafiq olaraq kafedra müdirinin və dekanın vaxtından əvvəl vəzifələrindən azad olunması barədə ali təhsil müəssisəsinin rektoru qarşısında vəsatət qaldıra bilər. Həmin vəsatəti tədris işləri üzrə prorektor dekan və kafedra müdiri, dekan isə kafedra müdiri barədə qaldıra bilər. Vəsatətə ali təhsil müəssisəsinin Elmi Şurasında baxılır və qərar qəbul edilir.

 

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ HAQQINDA ƏSASNAMƏ

Tələbə Elmi Cəmiyyəti (bundan sonra – TEC) elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsili sahəsində isə ali tibb təhsili müəssisələrində və rezidenturada təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır. TEC ali təhsil müəssisəsinin rəhbərliyinə tabedir və müəssisənin Elmi Şurası qarşısında hesabat verir. TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, ali təhsil müəssisəsinin Nizamnaməsini və bu Nümunəvi Əsasnaməni rəhbər tutur. Bu Nümunəvi Əsasnamə hər bir ali təhsil müəssisəsində fəaliyyət göstərən TEC üçün fərdi əsasnamənin hazırlanmasında əsas hesab olunur.

TEC-in məqsəd və vəzifələri:

TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosialiqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.

TEC-in vəzifələri aşağıdakılardır:

  • Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
  • elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
  • tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
  • tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
  • tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
  • istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
  • elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
  • digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə (bundan sonra –TETİ) tətbiq edilməsi;
  • müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
  • tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
  • innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
  • tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödə 3 birillik müddətə seçilir və tələbələrin elmi tədqiqat işinin təşkili ilə əlaqədar ali təhsil müəssisəsinin qarşısında duran məsələlərin yerinə yetirilməsini təşkil edir, səlahiyyətləri çərçivəsində bütün işlərin gedişinə nəzarəti həyata keçirir, TEC-in işini planlaşdırır və əlaqələndirir).
  • TEC-in Şurasına təhsil, elmi tədqiqat və elmi-təşkilati işlərdə aktiv fəaliyyəti ilə fərqlənən gənclər və müəllimlər seçilir. TEC-in Şurasının sədri Şuranın birinci iclasında onun üzvləri sırasından seçilir və ali təhsil müəssisəsinin TEC-nin fəaliyyətinə növbəti konfransa qədər rəhbərlik edir. TEC-in Şurasının sədri ali təhsil müəssisəsinin Elmi Şurasının tərkibinə daxil edilir. TEC-in Şurasının sədri TEC-in Şurasının qərarlarının yerinə yetirilməsini təşkil edir və onlara nəzarəti həyata keçirir, ali təhsil müəssisəsinin Elmi Şurasının qarşısında cari tədris ilində TEC-in fəaliyyəti haqqında hesabatla çıxış edir və TEC-i digər müəssisələrdə etibarnaməsiz təmsil edir.