28.09.2017-ci il tarixində “Voleybol üzrə qadınlar arasında Avropa çempionatı” nın yarımfinal mərhələsi, 01.10.2017 – ci il tarixində isə final mərhələsi keçirilmişdir. Oyun, Milli Gimnastika Arenasında baş tutmuşdur. Oyunu canlı izləmək üçün fakültənin dekanı, tərbiyə işləri üzrə dekan müavini, metodisti və 30 nəfər tələbəsi getmişdir.

 

 

 

     18.10.2017ci il tarixində Təhsil nazirliyinin “Bir könüllü” layihəsinin tanıtımı olmuşdur. Layihənin tanıtımında fakültənin dekanı, tərbiyə işləri üzrə dekan müavini, tyutorlar və bütün I kurslar iştirak etmişlər.

Qeyd etmək lazımdır ki, BSU üzrə “Bir könüllü” təşkilatının sədri  “Tərcümə” fakültəsinin tələbəsi Ümid Məmmədovdur.

 

 

 

 

 

 

 

 

 

 

 

      23.10.2017- ci il tarixində BSU-nun konfrans zalında yazıçı-publisist Rövşən Ağayevin “Yaxın və Uzaq Polşa” kitabının təqdimatı keçirilmişdir. Kitabın təqdimatında fakültənin dekanı, tərbiyə işləri üzrə dekan müavini və 40 nəfər tələbəsi iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, BSU-da polyak dilini tədris edən polşalı müəllim Pavel Frents da iştirak edirdi. Onun çıxışını tərcümə fakültəsinin III kurs tələbəsi Fidan Bəşirova sinxron tərcümə etmişdir.

 

 

     24.10.2017-ci il tarixində YAP təşkilatının təşkilatçılığı ilə fleşmob keçirilmişdir. Fleşmobda fakültənin dekanı, tərbiyə işləri üzrə dekan müavini və 50 nəfər tələbəsi iştirak etmişdir.

 

28.10.2017ci il tarixində fakültə tərəfindən “Xalça Muzeyi” nə ekskursiya təşkil olunmuşdur. Fakültənin dekanı, tərbiyə işləri üzrə dekan müavini, I və II kurs tələbələri muzeyi səfər etmişlər. Muzeydə Azərbaycan xalqının xalça nümunələri ilə yaxından tanış olmuşlar. Muzeylə tanış olduqdan sonra gəzinti təşkil edilmişdir.

 

28.10.2017– ci il tarixində fakültənin 30 nəfər tələbəsi və metodisti “LİDER TV” – də aparılmış “Seçim” verlişində iştirak etmişlər.

 

02.11.2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys BSU-da tələbələr üçün mühazirələr oxumuş. Fakültənin tələbələri fəal şəkildə bu mühazirələrdə iştirak etmiş, müztəlif suallar vermişlər.

Qeyd etmək lazımdır ki, Piter Tase bədii ədəbiyyatın tərcümə problemləri mövzusunda da mühazirə oxumuşdur. Fakültənin bütün tələbələri mühazirəni dinləmiş və Piter Tase onları maraqlandıran sualları da cavablandırmışdır.

   

 

 

 

 

 

 

 

 

 

 

10.11.2017-ci il tarixində Bakı Slavyan Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə AzərMDS Həkimlər və Təbib Tələbələr İctimai Biriliyi tərəfindən “Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində BSU-da tədbir keçirilib. Fakültənin bütün 1ci kursları və dekanlıq iştirak etmişdir.

 

 

11.11.2017-ci il tarixində fakültə tərəfindən “Qız qalası” və “Şirvanlahlar Sarayı” na ekskursiya təşkil olunmuşdur. Fakültənin dekanı, tərbiyə işləri üzrə dekan müavini, I və II kurs tələbələri muzeyə səfər etmişlər. Tarixi abidələrlə tanış olduqdan sonra içəri şəhərdə gəzinti oldu.


 

13.11.2017ci il tarixində AVCİYA-nın “Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihə çərçivəsində “Baxış bucağı” mövzusunda debat keçirilmişdir. Fakültənin tələbələri debata qoşulmuşdur.

20.11.2017ci il tarixində Bakı Slavyan Universitetinin (BSU) YAP təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və BSU İntellektual Klubunun təşkilatçılığı ilə fakültələr arasında intellektual oyun keçirilmişdir.  Oyun universitetin 5 fakültəsi və hər fakültənin müxtəlif komandaları arasında keçirilmişdir. “Tərcümə” fakültəsini “Brain Massons” komandası təmsil etmişdir.


 

    21.11.2017-ci il tarixində Xalçaçılığa həsr olunmuş kitabların tərcüməsi təcrübəsindən f.e.d, professor Flora Nacidən MASTER CLASS keçirilmişdir. Dərsdə Azərbaycan-rus ixtisasında təhsil alan tələbələr və dekanlıq iştirak etmişdir.

30.11.2017ci il tarixində Bakı Slavyan Universitetində (BSU) Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin “Stop AİDS” layihəsi çərçivəsində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə bütün 1-ci kurslar və dekanlıq iştirak etmişdir.

 

    01.12.2017-ci il tarixində fakültədə təşkil olunmuş “Azərbaycanda ədəbi əlaqələrin yaranması və tərcümə tarixi” mövzusunda f.e.d. professor Kamran Hacıyev seminar keçirmişdir. Seminarda müxtəlif ixtisaslarda təhsil alan tələbələr və dekanlıq iştirak etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fakültədə 30 sentyabr – Beynəlxalq tərcümə günü” nə həsr olunmuş “Ən yaxşı tərcümə” müsabiqəsi keçirilmişdir. Müsabiqə, Azərbaycan-rus ixtisası üzrə təhsil alan II kurs tələbələri arasında, “Tərcümə” fakültəsinin və “Rus dili və mədəniyyətlərarası kommunikasiya” kafedrasının birgə təşkilatçılığı ilə keçirilmişdir. Şərtlərə görə, verilmiş mətni müəyyən vaxt ərzində tərcümə etmək tələb olunurdu. Müsabiqənin nəticələrinə görə I, II və III yerə layiq görülən tələbələrə fakültənin dekanı tərəfindən müvafiq diplom və hədiyyələr təqdim olunmuşdur.

 

 

 

Azərbaycan Dövlət Dəniz Akademiyasında 16-17 noyabr 2017-ci il tarixində “Dil-karyeraya gedən yol” ümumrespublika ali məktəblər arası tələbə müsabiqəsi keçirilmişdir. Şərtlərə görə, istənilən mövzuda 3-4 dəqiqə müddətində ingilis dilində prezentasiya təqdim etmək tələb olunurdu.

“Tərcümə” fakültəsindən II kurs tələbələri müsabiqədə iştirak etmiş və müvafiq sertifikatlarla təltif olunmuşlar.

 

 

 

27 fevral 2018-ci il tarixində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə “Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçirilib.

BSU-nun  “Tərcümə” fakültəsinin tərbiyə işləri üzrə dekan müavini və tələbələr  kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkası ilə tanış olublar.

 

 

 

20.02.2018-ci il tarixində Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.  BSU-nun foyesində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş kitablardan ibarət stend və tərcümə fakültəsinin tələbələri tərəfindən hazırlanan kompozisiya.

 

 

Fevralın 1-də Bakı Slavyan Universitetində (BSU) “2 fevral Gənclər günü”nə həsr olunmuş tədbir keçirilib. TGT-nin sədr müavini tərcümə fakültəsinin T-301 qrup tələbəsi Vaqif Yəhyalı “BSU-nun gənclər siyasətinə verdiyi töhfələr” mövzusunda çıxış edib.

 

 

08.02.2018-ci il tarixində Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinə universitet rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim olunub. “Tərcümə” fakültəsinin II kurs Mirzəliyev Polad, Samullayeva Aytac, Ağazadə Günay, IV kurs Nəsirov MuradDadaşzadə Səfanəyə fəallıqlarına görə müvafiq təşəkkürnamələr ilə təltif olunmuşlar.

 

 

Bakının Nəsimi rayonunda “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ali təhsil ocaqlarının rəhbərləri, müxtəlif sahələrdə fərqlənən gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlarından danışıblar. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, müxtəlif sahələrdə fərqlənən gənclər fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

“Tərcümə” fakültəsinin T-301 qrup tələbəsi Yəhyalı Vaqif “İlin gənci” nominasiyasının qalibi olmuşdur.

Tədbir konsert proqramı ilə davam edib.

 

 

Bakı Slavyan Universitetinin “Tərcümə” fakültəsinin tələbələri 20 Yanvar- Ümumxalq hüzn günü ilə əlaqədar bu gün Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə qərənfil dəstələri düzüblər.

 

 

Çexiya Respublikasının Ostrava Universitetinin professoru, Slavistika kafedrasının doktoru, fəlsəfə fakültəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vityezlav Vilimek Bakı Slavyan Universitetində 4-6 aprel tarixləri arasında “ümumi tərcümə” və “ardıcıl tərcümə qeydgötürmə texnikası” fənlərindən treyninq keçib.

Treyninqlərə  “Tərcümə” fakültəsinin çex dili üzrə təhsil alan tələbələri qatılıblar.

 

 

05.04.2018-ci il tarixində Bakı Slavyan Universitetində (BSU) Aprel döyüşlərində həlak olan şəhidlərin 2-ci ildönümünə həsr edilmiş “Aprel-Qələbəyə doğru bir addım” adlı anım mərasimi keçirilib.

Tərcümə fakültəsinin II kurs tələbəsi Elxan Hacıyev Aprel döyüşlərinin rəsmi statistikası barədə məlumat verib.

 

 

06.04.2018ci il tarixində Bakı Slavyan Universitetində Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.  “Tərcümə” fakültəsinin tələbələri bu aksiyada fəal iştirak ediblər.

 

 

Aprelin 19-da Bakı Slavyan Universtetində “Gənc Yaradıcılar Klubu” nun təşəbbüsü ilə “Tələbəlikdən uğurlu karyeraya gedən yol” mövzusunda seminar-təlim keçirilib. Fakültənin T-201 qrup tələbələri bu seminarda iştirak etmiş və diskussiyalarda fəallıq nümayiş etdirmişlər .

 

 

20.04.2018ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Bakı Slavyan Universitetində (BSU) “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə fakültənin bir qrup tələbələri iştirak etmişlər.

 

Çexiya Respublikasının “Karl” Universitetinin çex dili üzrə elmlər namizədi İvana Bozdeçova “Tərcümə” fakültəsində 05.04.201805.05.2018 -ci il tarixlərində T-204 (Çex dili) qrupuna mühazirələr oxumuş, interaktiv dərslər aparmışdır.

 

 

 

11 Aprel 2018-ci il tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilmişdir. Seçkilər günü “Tərcümə” fakültəsinin bir neçə tələbəsi, tərbiyə işləri üzrə dekan müavini  müşahidəçi qismində iştirak etmişlər.

 

 

11 Aprel 2018-ci il tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilmişdir.

Prezident İlham Əliyevin seçilməsi ilə əlaqədar “Heydər Əliyev Mərkəzi” ndə təşkil olunmuş tədbirdə “Tərcümə” fakültəsinin bir qrup tələbəsi, dekan və  tərbiyə işləri üzrə dekan müavini  iştirak etmişlər.

 

 

Bakı Slavyan Universitetinin “Arzu” rəqs ansamblı Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığıyla keçirilən “Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bədii yaradıcılıq festivalı” nda müasir rəqs nominasiyası (vals) üzrə birinci yeri qazanıb.  “Tərcümə” fakültəsinin 4-cü kurs T-402 qrup tələbəsi Murad Nəsirov və II kurs, T-204 qrup tələbəsi Polad Mirzəliyev “Arzu” rəqs ansamblının tərkibindədirlər.

 

  06 aprel 2018-ci il tarixində “Bakı Əl Oyunları Sarayı” nda Güləş üzrə Avropa çempionatı keçirilmişdir.

Oyunu canlı izləmək üçün fakültənin tərbiyə işləri üzrə dekan müavini və 30 nəfər tələbəsi getmişlər.

 

 

17 aprel 2018-ci il tarixində universitetdə rektorun təşəbbüsü ilə “Azərbaycan Plov günü” keçirilmişdir. Tərcümə fakültəsinin T -301 qrup tələbəsi Rəhilə Hüseynova həmin günü tərcüməçi qismində çıxış etmişdir.

 

 

24 aprel 2018ci il tarixində Bakı Slavyan Universitetinin Tərcümə fakültəsində təhsil alan bir qrup tələbəsi “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü” ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində ekskursiyada olublar.

Ekskursiyada pedaqoji fakültənin tərbiyə işləri üzrə dekan müavini Leyla Musayeva və fakültənin müxtəlif ixtasaslarında təhsil alan tələbələr iştirak ediblər.

 

 

08-11 may 2018-ci il tarixində tələbələrin əl işlərindən ibarət “Fakültənin istedadları” sərgi nümayiş olunmuşdur. Sərgidə fakültənin I və III kurs tələbələri iştirak etmişlər.

Universitetdə xeyriyyə aksiyası təşkil olunub. Universitet rəhbərliyi tərəfindən keçirilən aksiya çərçivəsində 11.05.2018-ci il tarixində “Əli və Nino” filminin nümayişi olub. Filmin bilet satışından əldə olunan vəsait universitetin talassemiyadan əziyyət çəkən iki nəfər tələbəsinin təhsil haqqının ödənməsi üçün sərf olunub. “Tərcümə” fakültəsi üzrə yardım etmək üçün tələbə, kafedra və dekanlıq qoşulmuşdur. Fakültədən ümumilikdə  650 AZN yardım göstərmişdir.

 

 

18.05.2018-ci il tarixində “Ən yaxşı tərcümə” müsabiqəsi keçirilmişdir. Müsabiqə, “Tərcümə-Çex dili” ixtisası üzrə təhsil alan II kurs tələbələri arasında, “Tərcümə” fakültəsinin və “Slavyan filologiyası” kafedrasının birgə təşkilatçılığı ilə keşirilmişdir. Şərtlərə görə, verilmiş mətni müəyyən vaxt ərzində tərcümə etmək tələb olunurdu. Müsabiqənin nəticələrinə görə I, II və III yerə layiq görülən tələbələrə fakültənin dekanı tərəfindən müvafiq diplom və hədiyyələr təqdim olunmuşdur.

 

18.05.2018-ci il tarixində Bolqarıstanın Azərbaycandakı səfiri V.Yanukoviç Bolqar ixtisası üzrə təhsil alan tələbələrlə görüşmüşdür. Görüşdə fakültənin T-302 və T-103 qrup tələbələri iştirak etmişlər.