Bakı Slavyan Universiteti bir sıra Beynəlxalq proqramların fəal iştirakçısıdır. Bunlara aşağıdakılar daxildir:

  • Tələbə mübadiləsi üzrə Mövlanə proqramı;
  • Erasmus + PETRA.

 

Tələbə mübadiləsi üzrə MÖVLANƏ proqramı

 

MÖVLANA MÜBADİLƏ PROQRAMI NƏDİR?

Mövlana Mübadilə Proqramı Türkiyə Yüksək Öğretim Kurulu (YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən proqramıdır. Bu proqram çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif  universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi mümkündür.

Proqramın əsas məqsədi Türkiyədəki universitetlər arasındakı  müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir. Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr xaricdə 1 və yaxud 2 semestr təhsil ala, akademik heyət isə xaricdə minimum 1 həftədən 3 aya qədər tədris prosesində iştirak etməklə proqramdan faydalana bilərlər

MÜRACİƏT PROSEDURASI:

  • Proqramın web səhifəsindəki məlumatlarla yaxından tanış olmaq; http://www.yok.gov.tr/web/mevlana/anasayfa
  • I, II, III kursda təhsil alan tələbələr üçün – minimum orta qiymət 75 (100 ballıq qiymətləndirmə sistemində);
  • Magistrant və doktorantlar üçün – minimum orta qiymət 80 (100 ballıq qiymətləndirmə sistemində);
  • İngilis dilində təhsil almaq istəyənlər üçün sertifikat (IELTS/TOEFL).

PROQRAMA DAİR ƏRİZƏ ÜÇÜN TƏLƏBLƏR:

  • Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə);
  • Namizəd üçün müraciət forması (Aday öğrenci başvuru formu);
  • İngilis və ya türk dili biliyini təsdiq edən sənəd, arayış və ya sertifikat;
  • CV;
  • Xarici pasportun surəti;
  • Tələbə bileti;
  • 3×4 şəkil – 2 ədəd

 

Erasmus + PETRA

 

LAYİHƏNİN ƏSAS MƏQSƏDİ NƏDİR?

Layihənin məqsədi müəllimlərin  pedaqoji və texnoloji ehtiyaclarını kariyeralarının bütün mərhələlərində qarşılamaq üçün, tədris və təlim prosesinin inkişaf etdirilməsi üçün potensialın gücləndirilməsi, tədqiqatların təşviq edilməsi və innovativ texnologiyaların tədbiqi yolunda keyfiyyətli tədris ortaya çıxarmaqdır.

Bu layihə tədris və təlim proseslərinin inkişafına, universitet müəllimlərinin bacarıqlarının artırılmasına və onların tədrisində texnologiya və yeniliklərindən istifadə etməyə imkan verəcəkdir.

MÜBADİLƏ MÜDDƏTİ

Mübadilə müddəti 3 aydan (1 semestr) 12 aya (2 semestr) qədər davam edə bilər.

ŞƏRTLƏRİ NƏLƏRDİR?

Erasmus + çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəsisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Bunun üçün tələbələr ən azı II kursda təhsil almalıdır. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalı, şəxsi inkişafa yönəlməlidir.

PROQRAMA DAİR ƏRİZƏ ÜÇÜN TƏLƏBLƏR:

  • Transkript;
  • CV (azərbaycan və ingilis dilində);
  • Pasport və ya şəxsiyyət vəsiqəsi;

Niyyət məktubu (motivation letter) təhsil almaq istədiyi universitet üçün.